1Ç sinfi Şəhidlər Xiyabanını ziyarət etdi

           20 Yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar olaraq məktəbin 1ç sinif şagirdləri sinif müəllimi Məryəm Xanzadənin iştirakı ilə Fəxri Xiyabanı, Ulu Öndərin məzarını sonra isə Şəhidlər Xiyabanı ziyarət etdilər. Şagirdlər həmçinin Hərbi muzeydə ekskursiyada oldular. Xalqmızın qəhramanlıq səlnaməsi olan 20 yanvar faciəsinin şəhidlərini tanımaq və yad etmək şagirdlərdə 1-ci sinifdən başlayaraq vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və onların yüksək milli-mənəvi dəyərlərlə böyüməsində böyük əhəmiyyət kəsb edir. Hərbi muzeydə isə ekskursiya zamanı muzeyin əməkdaşları şagirdlərə burada saxlanılan eksponatlar haqqında məlumat verdilər. Daha sonra şagirdlər açıq havada sərgilənən hərbi texnikalarla tanış oldular. Azyaşlı məktəblilərin filmlərdə, şəkillərdə gördüyü texnikaları canlı olaraq görmək onların həyəcan və sevincinə səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi