BSQ imtanlarının ilk mərhələsi keçirildi

         Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair məktəbin illik Fəaliyyət Planının uyğun olaraq əldə edilmiş şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə 191 nömrəli tam orta məktəbdə 15 yanvar tarixindən başlayaraq V-XI siniflərdə BSQ imtahanları keçiriləcəkdir. Qiymətləndirmənin keçirilməsinə dair tərtib edilmiş cədvələ uyğun olaraq 15 yanvar tarixində V-XI siniflərdə Ana dili və ingilis dili, XI siniflərdə əlavə olaraq riyaziyyat və tarix fənləri üzrə qiymətləndirmə keçirildi. Kodlaşdırılmış sistem üzrə keçirilən imtahanda paralel olmayan siniflərdən olan şagirdlərin yanaşı əyləşməsi şagirdlər arasında köçürmənin qarşısının alınması deməkdir. İmtahanlar yekunlaşdıqdan sonra qiymətləndirmənin cavabları yaradılmış komissiya üzvləri tərəfindən yoxlanılaraq nəticələr elan ediləcək və pedaqoji şurada geniş müzakirə ediləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi