2019-2020-ci tədris ilinin ilk pedaqoji şurası keçirildi

    13 sentyabr 2019-cu il tarixində məktəbin akt zalında 2019-2020-ci tədris ilinin ilk pedaqoji şurası keçirildi. Pedaqoji şurada  məktəb rəhbərliyi və məktəb kollektivi iştirak etdi. İclası giriş sözü ilə məktəbin direktoru Nailə Məmmədova açaraq qarşıda duran məsələlər barədə məlumat verdi. Ali məktəblərə qəbulun nəticələri, məktəbin illik fəaliyyət planının müzakirəsi keçirildi, təlimata uyğun olaraq qiymətləndirmənin düzgün aparılması, jurnala və şəxsi işlərə nəzarətin gücləndirilməsi tapşırıldı. Direktor müavinləri İffət Bədəlova, Fərəh Mikayılzadə, Turan Cəbiyeva öz çıxışlarında dərs bölgüsü, siniflərin komplektləşdirilməsi I və X  sinfə şagird qəbulunun nəticələri, fərdi təhsilin vəziyyəti, sinif rəhbərlərinin təyin edilməsi,  şagird geyimi, müəllim geyimi və  yeni dərs ilində növbətçiliyin təşkili  barədə geniş məlumat verdilər. Məktəbin kitabxana müdiri şagirdlərin  kitabla təmin olunması ilə bağlı heç bir problemin olmaması barədə məlumat verdi. Tibb bacısı isə müəllimlərin tibbi müayinədən  vaxtında keçməsinin zəruri olduğunu bildirdi və tibb otağının lazımi tibbi avadanlıqlarla  təchiz olunduğunu vurğuladı. Sonda Nailə Məmmədova məktəbə yeni təyin olunmuş müəllimləri kollektivə təqdim etdi və bütün kollektivə yeni dərs ilində  uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi