Məktəbdə 20 Yanvar Faciəsinin İldönümü qeyd olundu

Məktəbdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirildi. Tədbirlərdə ilk öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin foyesində şagirdlərin hazırladıqları "Qanlı yanvar" adlı rəsim sərgisinə baxış keçirildi. Məktəbin direktoru Nailə Məmmədova 20 Yanvar hadisələri barədə şagirdlərə ətraflı məlumat verdi. Bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı terror aktı törədilib. O, faciədən 30 il keçməsinə baxmayaraq, həmin gün yaşanan hadisələrin xatirələrimizdə yaşadığını, qan yaddaşımıza həkk olunduğunu vurğuladı. Tədbirlərdə qeyd edildi ki, 20 Yanvar hadisələri yalnız faciə deyil, həm şərəf, həm də ləyaqət səhifəsidir. Sonda "Ağla qərənfil ağla" adlı ədəbi-bədii kompozisiya təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi