Azərbaycanın 3 karateçisi İtaliyada medal qazandı

    Azərbaycan milli komandasının üzvləri İtaliyanın Venesiya şəhərində Gənclərin Karate1 Premyer Liqa turnirinin ilk günü 3 medal qazanıblar. 13-15 dekabr tarixlərində yarışın ilk günü mübarizəyə qatılan 16-17 yaşlı idmançılardan Polina Qurenko (-53 kq) və Ramil Baxşəliyev (-55 kq) turnirin gümüş mükafatını qazanıb. Öz çəki dərəcələrində favoritlərdən sayılan Hüseyn Məmmədli və Əminağa Quliyev (-61 kq) bürünc medal uğrunda həlledici görüşdə qarşılaşıblar. Hakimlərin qərarı ilə döyüşü daha fəal keçirən Ə.Quliyev qalib gəlib. Qeyd etmək istəyirik ki, Əminağa Quliyev məktəbimizin XI sinifində təhsil alır. Azərbaycan bayrağını beynəlxalq yarışlarda dəfələrlə yüksəklərə qaldırib, himnimizi qalib kimi dəfələrlə səsləndirib. Əminik ki, bundan sonra da Əminağa ölkəmizi ləyaqətlə təmsil edəcək və Vətənə böyük qələbə ilə qayıdacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi