Əhməd Cavadın 127 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

26 dekabr 2019-cu il tarixində məktəbdə rus dili və ədəbiyyatı müəllimi Gülnarə Məmmədovanın təşkilatçılığı ilə istiqlal şairi Əhməd Cavadın 127 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Gülnarə Məmmədova, Əhməd Cavad yaradıcılığına nəzər salıb, onun kədərli taleyindən danışdı, Əhməd Cavadın bütün ömrünü Azərbaycan xalqının, bütövlükdə türk dünyasına həsr etdiyini bildirdi, şairin yaradıcılığında milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin zəngin olduğunu diqqətə çatdırdı. Tədbirdə həmçinin Əhməd Cavadın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirildi və məktəbin VIII sinif şagirdlərinin ifasında görkəmli şairin şeirləri səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi