"Son Zəng" - 2019

     Həyata insan gəlir, bapbalaca bir insan. Bu balaca bir varlığın dünyaya gəlməsinə bütün qohum-əqrəba, nənə-baba, ata-ana sevinir...

     Bəli, həmin balaca insan yavaş-yavaş böyüyür, uşaqlıq illərinə qədəm qoyur. Ona cürbəcür oyuncaqlar alınır, onun əlindən tutub bağçaya aparırlar. Bu balaca insan öz uşaqlıq aləmini yaşayır. İllər keçir, uşaq məktəb yaşına çatır, onu məktəbə aparırlar.. Budur ilk zəng...cingiltili səsi ilə səslənən ilk zəng.Bu ilk zəngin səsi o dərəcədə təsirlidir ki, hətta övladını 1-ci sinfə gətirən valideynlər də bu səsin təsirindən kövrəlirlər.Bəzilərinin göz yaşlarını görmək olur.Çünki onlar da haçansa bu zəngin səsi ilə doğma məktəbə qədəm qoyublar.

     Bəli, ilk zəng arxada qalıb.Elə bil ki, biz bu zəngi bu yaxınlarda eşitmişdik.Dünənin şagirdləri bu günün məzunlarıdır."Son Zəng" necə də təsirli səslənir.

     Bu gün Azərbaycanın hər bir yerində olduğu kimi, məktəbdə də "Son zəng" çalındı, buraxılış tədbiri keçirildi.Şagirdlər doğma məktəblərinə əlvida dedilər.Tədbirdə  Pirallahı Rayon İcra Hakimiyyətinin, Pirallahı Rayon Ağsaqqallar Şurasının əməkdaşları, müəllimlər, valideynlər, şagirdlər və digər qonaqlar iştirak etdilər.

      Tədbirdə çıxış edən  məktəbin direktoru Şakir Mikayılov  onbirinciləri, onların müəllimlərini və valideynlərini təbrik edərək 2018-2019-cu tədris ilindəki uğurlardan danışdı.Şakir Mikayılov məktəbin bütün müəllim və şagird  heyətini, valideynləri qazanılan uğurlara görə təbrik etdi, uğurlarının davamlı olmasını arzuladı.

     Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Həsən Niftəliyev  məzunları təbrik etdi, onlara uğurlar arzuladı.

     Tədbir zamanı 2018-2019-cu tədris ilindəki uğurlarına görə məktəbin bir qrup müəllim və şagird heyəti məktəb rəhbərliyi tərəfindən mükafatlandırıldı.

     Sonda tədbir 1 və 11-ci siniflərin bir-birindən maraqlı, rəngarəng çıxışları ilə davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi