"Biz hamının sevinciyik!"

   “Bar verən ağac başını gövdəsinə əyər”. Baş əymək qədirbilənlikdir, baş əymək ucalıqlara çatdırana minnətdarlıqdır. Hər zirvənin başlandığı ilk pillə var. Yüksəkliyə gedən yol oradan başlanır. İlk sinif müəllimimiz, adınız qarşısında baş əyirik. Nə qədər ki, biz varıq, o zamana qədər siz də yaşayacaqsınız.

     Bəli, ilk müəllimlərimiz-bizə "Ana" ," Vətən" kəlmələrini yazmağı , sevməyi öyrədən şəxs.İlk müəllim bir ana qədər şagirdlərinə qayğı , diqqət göstərir.Ona görə də heç vaxt yaddan çıxmır, həmişə xatırlanır, yad edilir.İbtidai təhsil insan həyatında gələcəyə doğru addımladığı addımlardan biridir.Ona görə də bu addımları elə atmalıyıq ki, heç vaxt büdrəməyək.Bunun üçün də bizə ilk müəllimlərimiz köməklik göstərirlər.Biz də çalışmalıyıq ki, onların zəhmətin hədər etməyək, onların etimadını həmişə doğruldaq.

      04 iyun 2019-cu il tarixində məktəbin 1 "a" sinif şagirdləri sinif müəllimləri Nəzirə Çeşmazərin təşkilatçılığı ilə hazırladıqları "Biz hamının sevinciyik!" adlı tədbirdə bir il ərzində öyrəndiklərini nümayiş etdirdilər. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər iştirak etdilər. Şagirdlərin bir-birindən maraqlı , rəngarəng çıxışları tədbir iştirakçılarında xoş təəssürat yaratdı.
Biz də 1 "a" sinfinin sevimli müəllimləri Nəzirə Çeşmazəri, valideynləri və şagirdləri təbrik edir, gələcək həyatlarında uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi