Uşaqların asudə vaxtının səmərəli təşkili

    Məktəblilərin asudə vaxtının səmərəli təşkili insanın bir şəxsiyyət kimi formalaşmasınada,onun dünyagörüşünün genişlənməsində, sosial inkşafinda mühüm amil sayilir. Məktəblinin asudə vaxtinin səmərəli təşkilinin müxtəlif yolları vardır.Mühüm istiqamətlərdən biri gəzintilərin təşkil edilməsidir. Asudə vaxtın təşkilində fəal istirahətin də rolu böyükdür.Bu cür istirahətlər şagirdləri cox sevindirir.Ona görə də həm müəllim, həm də valideynlər uşaqlar üçün müxtəlif gəzintilərin və səyahətlərin, idman oyunlarının və digər əyləncələrin təşkilinə çox çalışmalıdırlar.Ümumiyyətlə, uşaqlar əyləncələrin müxtəlifliyinə, xüsusilə də, bu əyləncələrin müxtəlif yerdə keçirilməsinə çox sevinirlər.Bu onların yaddaşında qalacaq xoş xatirələrə səbəb olur.Belə tədbirləri adətən isti günləri və məktəb tətili vaxtı təşkil etmək daha səmərli olur.Məktəblilər üçün kollektiv təşkil edilmiş tədbirlər, məsələn oyunlar, gəzintilər təşkil etmək daha səmərəli olur.Onlarda kollektivliyə maraği artırır, kollektiv maraqlar şəxsi maraqlardan ön plana keçir.

   Məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə 08 iyun 2019-cu il tarixində məktəbin bir qrup şagirdləri ibtidai sinif müəllimi Samirə Umudovanın və kimya müəllimi Tutu Əliyevanın təşkilatçılığı, bir-neçə valideynin rəhbərliyi ilə Binə Atçılıq Mərkəzində və Zirə Mədəniyyət Mərkəzində gəzintidə olublar.Gəzinti çox maraqlı keçib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi