Sağlam həyat tərzi

     Fevralın 13-də məktəbdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova, tibb bacısı Marina Lipina və 10 saylı BŞX-nin həkimi Günay Babayeva  tərəfindən yoluxucu xəstəliklərdən qorunmaq üçün zəruri tədbirlər haqqında şagirdlərlə maarifləndirici söhbət aparıldı. 
     10 saylı BŞX-nin həkimi Günay Babayeva   yoluxucu xəstəliklərdən qorunmağın yolları, şəxsi gigiyena qaydaları və düzgün qidalanma, normal yuxu haqqında məlumat verdi. Qeyd etdi ki, insan orqanizmi üçün yoluxucu xəstəliklər çox qorxuludur. Biz həmişə özümüzü bu xəstəliklərdən qorumalıyıq. Yoluxucu xəstəliklər asanlıqla xəstə adamdan sağlam adama keçib sürətlə yayıla bilər. İlk növbədə uşaqları körpə ikən peyvənd edirlər. Peyvənd hər hansı xəstəliyin qarşısını almaq və ya onu zəiflətmək üçün bədənə xüsusi maddənin daxil edilməsidir. Tərləmiş halda soyuq su içmək, dondurma yemək olmaz. Küçədə, evdə və məktəbdə olarkən əgər ətrafımızda xəstə adam varsa ağız - burunumuzu maska ilə bağlamalıyıq. Özümüzü zərərli həşərat olan ağcaqanadın sancmasından qorumalıyıq. Şəxsi gigiyena qaydalarına - bədənin təmizliyinə nəzarət etməli, hər gün yuyunmalı, səhər və axşam dişləri fırçalamalı, bayırdan gələndə və yeməkdən əvvəl əlləri ilıq su və sabunla yumalı, dırnaqları təmiz saxlamalı, gigiyenik qaydalara əməl etməliyik. Tərkibində bol vitamini olan meyvə və tərəvəzlə qidalanmalıyıq. 
        Görüş zamanı həmçinin Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyası haqqında da məlumat verilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi