"Bilik günü" tədbirimiz

16 sentyabr tarixində məktəbimizdə bilik günü ilə bağlı tədbir keçirildi.

Tədbirdə icra nümayəndəsi, müəllimlər, sabiq məzunlar, valideynlər və şagirdlər iştirak edirdilər.Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə məktəbin direktoru Əliyev Anar tədbiri açıq elan edərək, şagirdlərə və müəllimlərə yeni dərs ilində uğurlar və müvəffəqiyyətlər arzuladı, təhsildə baş verən dəyişikliklərdən, keçən ilin məzunlarının uğurlarından söz açdı. Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Şahmuradova Gülnarə şagirdləri təbrik edib və bildirilib ki, ilk dərs məşğələsinin ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə-mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunması şagirdlərin tədris ilinə daha həvəslə başlamasına şərait yaradır. Tədbir I siniflərin çıxışları ilə davam etdi. Sonra Məktəbin XI və I sinif şagirdləri ilk zəngi çalaraq yeni dərs ilini açıq elan etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi