"Çiçəyin quruluşu" adlı nümunəvi dərs keçirdi.

18 fevral tarixində məktəbin biologiya müəllimi F.Əkbərova biologiya fənn proqramının VI sinif təqvim planına uyğun olaraq VI "A" sinifində "Çiçəyin quruluşu" adlı nümunəvi dərs keçirdi. Qruplarda işləyən şagirdlər yeni məlumatlar əldə etməyə istiqamətləndirildilər. Çiçək, onun quruluşu, müxtəlif çiçəklərlə tanış olan şagirdlər əyani olaraq gətirdikləri qızılgül, nərgizgülü, şamdangülü, qərənfil çiçəklərinin üzərində müşahidələr apardılar. Çiçəklərin müalicəvi əhəmiyyəti haqqında da məlumatlar şagirdlər tərəfindən səsləndirildi, çəkdikləri çiçək rəsmləri nümayiş etdirildi, çiçəklər haqqında şeirlər söyləyib, sonda "Mən baharın qızıyam" mahnısını ifa etdilər. Beləliklə, fənni tədris edən müəllim qarşıya qoyulan standartlara nail olmaqla yanaşı, həm də gənc təbiətsevərlərin bədii zövqünü də inkişaf etdirmiş oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi