İdmandakı uğurumuz

Məktəbin VIII sinif şagirdi Zeynəb Əlirzayeva idmanın Pankration və Qrappling növləri üzrə 12-13  yaşlılar arasında 2017-ci ildən xüsusi olaraq rayon, şəhər, respublika və dünya çempionatlarında layiqincə iştirak edərək mötəbər yerlərə layiq görülmüşdür.

2017-ci ildə 29 kq çəki dərəcəsində Hövsan Olimpiya İdman Kompleksində keçirilən yarışda iştirak edərək I yerə, 2019-cı ildə Sərhədçi İdman Kompleksində keçirilən yarışda iştirak edərək I yerə, 2019-cı ildə Fövqəladə Hallar Kompleksində keçirilən yarışda I yerə, 2019-cı ildə Grappling yarışı üzrə 17 ölkə arasında keçirilmiş dünya çempionatında III yerə layiq görülmüşdü. Z. Əlirzayeva bu yarışda iştirak etməklə Avropa çempionatına vəsiqə qazanmışdır.

Bu münasibət ilə məktəb kollektivi Z.Əlirzayevaya gələcək yarışlarda da qalib olmasına inanaraq ona uğurlar arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi