"Gənclər Günü"nə həsr edirlmiş tədbir keçirildi.

180 №-li tam orta məktəbdə 03.02.2020- ci il tarixində “Gənclər Günü”nə  həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, XI sinif şagirdləri və tələbə adını qazanmış əvvəlki ilin məzunlarının iştiraki təmin edildi.       

Tədbirdə məktəbin direktoru A. Cəfərov çıxış edərək gəncləri tələbə adını qazandıqları üçün təbrik edərək  onların uğurlarının davamlı olmasını arzuladı.  O, çıxışı zamanı tədbirin əsas məqsədindən söz  açaraq ölkə rəhbərliyinin  gənclərə olan diqqət və qayğısı, həmçinin bu il “Gənclər Günü”nün  ölkəmiz üçün xüsusi mühüm əhəmiyyət kəsb etməsi , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2019-cı il tarixli sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər illinin elan edilməsi haqqında şagird və tələbələrə məlumat verdi. Daha sonra gənclər çıxış edərək öz təəssüratlarını bölüşdülər və  tədbir musiqi nömrələrinin müşayəti ilə davam  etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi