"Ana dilim, doğma dilim!" adlı tədbir

 Fevralın 21-i məktəbimizdə Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirildi. 

Tədbirdə şagirdlərlə ana dilinin varlığını hiss etmək, onu qorumaq və inkişaf etdirməklə bağlı söhbətlər aparılıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır.

Şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirdə Azərbaycan dilinin inkişafına həsr olunan videoçarxlar da nümayiş etdirilib.

Beynəlxalq Ana Dili Gününün məktəblərdə qeyd olunmasında əsas məqsəd Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə ötürmək üçün onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi