Valideynlərə məktəbdə "Açıq qapı" günü

Bu gün məktəbimizdə valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi məqsədilə 2018/2019-cu tədris ilinin birinci yarım ilinin yekunlarına dair "Açıq qapı" keçirildi. İki saat davam edən "Açıq qapı" günündə valideynlər müəllimlərlə görüşüb, məktəbə baxış keçirib, müxtəlif məsələlərlə bağlı direktor və müəllimlərə müraciət etdilər. Məktəbin müəllim kollektivi tərəfindən valideynlərin məktəblə bağlı fikirləri dinlənildi. Valideynlərin övladlarının təhsil aldıqları məktəb ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi, qeyri – formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyətin yaradılması və BŞTİ – nin 28.01.2019 – cu il tarixli F.66 № - li əmrinin icrası məqsədilə fevralın 21 – də Bakı şəhəri 176 № - li tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi yerinə yetirildi. Tədbirin rəsmi hissəsini məktəbin direktoru Məhəbbət Əsgərova açaraq təhsil müəssisəsinin 2018 – 2019 – cu tədris ili üçün fəaliyyət planından və istiqamətlər üzrə görülən işlərin hesabatını verdi. Valideynlər məktəbin kitabxanasında yerləşən yeni kitablarla tanış oldular. Digər otaqlarlara ətraflı gəzdikdən sonra buradakı yeniliklərdən razı qaldıqlarını söylədilər. Sonda direktor və müəllim heyətinə öz minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi