MÜƏLLİM GÜNƏŞDİR, MÜƏLLİM NURDUR

 

      5 oktyabr Beynəlxalq Müəllimlər günüdür. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il il oktyabrın 5-də YUNESKO verib.Təhsilin inkişafı vacib amildir və bu yolda ən məsulyyətli iş müəllimin üzərinə düşür. Müəllim sadəcə şagird yetişdirmir o, cəmiyyət üçün faydalı şəxsiyyət yetişdirir.Müəllim uşaqlar üçün ikinci valideyndir. Bu sözlər əbəs yerə deyilməyib : Valideynlərim məni göydən yerə endirdi, müəllimlərim məni yerdən göyə qaldırdı.

    Müəllimlik peşəsi haqqında Türk dahisi Musatafa Kamal Atatürk də bu fikirləri söyləmiş: "Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir." Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Məktəb rəhbərliyi müəllimləri peşə bayramı münasibəti ilə təbrik edərək onlara bu çətin, məsuliyyətli və şərəfli işlərində müvəffəqiyyətlər arzuladı.Bizdə bu təbriklərə qoşularaq bütün müəllimləri 176 saylı tam orta məktəbin kollektivi adından təbrik edirik! İşlərində daima uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi