"VƏTƏN ŞƏHİDLƏRİ İLƏ UCALIR"

      Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş, 1990-cı il 20 Yanvar hadisələrindən artıq 28 il keçir.

      1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hüriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ümumilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.

      5 “C” sinfi 20 Yanvar faciəsinin 28-ci ildönümünü məktəbin foyesində təşkil etdilər. Məktəbin ana dili və ədəbiyyat müəllimi Təranə Lətifova tərəfindən təşkil olunan tədbirdə şagirdlər 20 Yanvar faciəsində həlak olmuş İlham və Fərizənin sevgisini, azyaşlı  Larisa və İlqarın günahsız yerə necə öldürüldükləri səhnəni səhnələşdirib çıxış etdilər.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi