Qidalanma təlimi keçirildi

“Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə ““Be Smart and New Moves” - məktəblilər üçün qidalanma təlimi” layihəsinin icrasına başlanılıb. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Layihə çərçivəsində pilot olaraq seçilən 176 nömrəli tam orta məktəbdə mayın 20-də 40 nəfər şagirdə ilk təlim keçirilib. “Sağlamlığın və rifahın qorunmasında fiziki fəaliyyətin rolu”, "Sağlam qidalanmanın faydaları", “Zərərli vərdişlərdən çəkinmə: siqaret, alkoqol və narkotiklərin sağlamlığa təsiri” mövzusunda məktəblilərə geniş məlumat verilib. Təlim proqramı Finlandiya məktəblərində həyata keçirilən “Sapere” üsulu ilə keçirilir, bu, uşaq və yeniyetmələrə sağlam qidalanma vərdişi qazandırmaqda təsirli üsul hesab olunur.
Layihə çərçivəsində sağlam qidalanma ilə əlaqədar şagirdlərin maarifləndirilməsi tədbirləri davam etdiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi