"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" mövzusunda tədbir keçirildi

12.12.2016- cı il tarixdə 176 N- li tam orta məktəbin 11A sinfində “Ulu öndər Heydər Əliyev Azərbaycanın qurucusudur” mövzusunda tədbir keçirildi. Azərbaycanın Dövlət Himni səsləndikdən sonra Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru H.Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışdı. 11A sinif şagirdi Zamiq Məmmədov H.Əliyev dühasının Azərbaycan gəncliyi üçün bir qürur mənbəyi olduğunu fəxrlə söylədi. Abdullazadə Xəyal çıxışında Ümummilli liderin xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdışından danışdı. Və bu qayıdışı zülmətdə doğan günəşə bənzətdi. Şagirdlərdən Ülviyyə Zülfüqarova, Adil Məmmədov H.Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş şeirlər söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi