MƏKTƏBDƏ “SON ZƏNG” QEYD OLUNUB

Iyunun 14-də məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbirdə BŞTİ-nin nümayəndəsi Fuad Əsgərov, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mübariz Hüseynov,  məktəb rəhbərliyi, müəllimlər, valideynlər iştirak etmişlər. Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Aparıcılar ilk sözü məktəbin direktoru Tural Mirzəliyevə verdilər. O, on birinciləri təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzuladı. Çıxışlardan sonra tədbir məzunların hazırladıqları musiqi və rəqslərlə davam etdi. Sonda son zəng səsləndi.  Bu zəng artıq onları siniflərə deyil, müstəqil həyata səsləyirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi