“Əsrin faciəsi" adlı tədbir

22 fevral 2019-cu il tarixdə məktəbimizin bir qrup şagirdi N.Nərimanovun xatirə muzeyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş “Əsrin faciəsi" adlı tədbir-anım mərasimində iştirak etdilər. Muzeyin direktoru Kamilə Hüseynova və məktəbin tarix müəllimi Vələddin Hüseynov şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verdilər  və şəhidlərin xatirəsi böyük  ehtiramla bir dəqiqəlik sükutla yad etdilər. Şagirdlər həmçinin Xocalı qətliamına həsr edilmiş kitab, jurnal, qəzet və fotolardan ibarət sərgi ilə tanış oldular, mövzu ilə bağlı fikirlərini bildirdilər  və şəhidlərə həsr olunmuş  şeirlərlə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi