ANA DİLİ GÜNÜ

21 fevral 2019-cu  il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Ana dilimizi sevək” adlı musiqili ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə məktəbimizin müəllim və şagird kollektivi, şair, publisist Rauf İlyasoğlu, yazıçı-publisist, tərcüməçi Azər Hacıbəyli, Bakı İslam Universitetinin kafedra müdiri, “Milli Mənəvi Dəyərlərimizə Dəstək” ictimai birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski və digər qonaqlar iştirak etmişdir. Sonda şagirdlərin ifasında məktəbin müəllimi H.Qurbanovanın təşkilatçılığı ilə hazırlanan ədəbi kompozisiya nümayiş olunmuşdur. Onların ifasında Xəlil Rza Ulutürkün “Ana dilim”, Bəxtiyar Vahabzadənin “Ana dili”, Tofiq Bayramın “Öz ana dilini bilməyənlərə” şeirlər, Abbasqulu ağa Bakıxanovun “Hikmətin fəziləti”əsərindən və Səməd Vurğunun “Vaqif” dramından səhnələr, “Sənsən” mahnısını, “Azərbaycan” rəqsi təqdim edilmişdir.  Musiqili ədəbi-bədii gecənin sonunda “Ana dilim, doğma dilim” adlı kitab sərgisinə baxış keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi