"BİLİK GÜNÜ" TƏDBİRİ KEÇRİLDİ

 

Sentyabrın 15-də məktəbimizdə “Bilik günü” qeyd olundu. Azərbaycan Respublikası Dövlət Himni ilə başlanan təntənəli toplanışda çixiş edən məktəbin direktor əvəzi T.Həsənova, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi M.Muxtarov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəsi E.Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X.Əliyeva, məktəbin İbtidai sinif müəllimi K.Babayeva və başqaları “15 Sentyabr - Bilik günü" və Cümhuriyyətimizin 100 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etdilər, bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə bu şərəfli yolda uğurlar arzuladılar. Sonda uşaqların ifasında şeir və mahnılar səsləndirildi. Tədbir "İlk zəng”in sədaları ilə başa çatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi