“Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirildi

21 fevral 2018-ci il tarixdə məktəbin ana dili və ədəbiyyatı müəllimi H.Qurbanovanın təşkilatçılığı ilə "Ana dili" gününə həsr olunmuş ədəbi-bədii gecə keçilrildi. Tədbirdə şagirdlərin ifasında ana dilinin gözəlliyini əks etdirən şeirlər söylənildi, mahnılar oxundu, Ana dilinə həsr olunmuş videoslayd nümayiş etdirildi. VId sinif şagirdlərin nümayiş etdirdikləri Xalq şairi Səməd Vurğunun “Vaqif” dramından Qacarla Vaqifin görüşməsi səhnəsi tədbir iştirakçılarının böyük alqışına səbəb oldu. Sonda çıxış edən məktəbin direktoru Q.A.Qələndərov Ümummilli lider Heydər Əliyevin dilimizin inkişafında göstərdiyi xidmətlər barəsində geniş söz açdı və tədbirin hazırlanmasında rolu olan valideynlərə,  müəllim və şagird kollektivinə öz minnətdarlığını bildirdi. Tədbir İctimai TV-nın “Carçı”informasiya proqramının saat 17.00 buraxılışında geniş işıqlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi