Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anıldı

07 fevral 2018-ci il tarixdə məktəbin pedaqoji  və şagird kollektivinin iştirakı ilə Milli Qəhraman Mübariz İbrahimovun anadan olmasının 30 illiyinə həsr edilmiş silsilə tədbirlərin yekunu olaraq “Şəhid olsam, ağlamayın” adlı tədbir keçirildi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini H.Məmmədova və tarix müəllimi V.Hüseynov öz çıxışlarında Milli Qəhrəmanın  həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışdılar, sonda şagirdlər tərəfindən hazırlanmış ədəbi bədii kompazisiyalar nümayiş olundu, qəhrəmana həsr olunmuş şerlər səsləndirildi,video-çarx göstərildi. Tədbirdən sonra məktəbin 6d sinif şagirdləri,sinif rəhbəri  və valideyn komitəsinin nümayəndələri  Milli Qəhrəman Mübariz İbrahimovun  II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi