Ingilis dili aylığı

 21 noyabr 2017-ci il tarixdə məktəbdaxili əmrə əsasən (№50, §2 23.10.17) “Ingilis dili aylığı” çərcivəsində məktəbin ingilis dili müəllimi R.Paşayevanin təşkilatçılığı ilə  IX A sinif şagirdləri “Yeniyetmələr arasındakı münaqişələr və uşaq hüquqları” mövzusunda təqdimat keçirdilər. Şagirdlər mövzu ətrafında tədbir iştirakçılarına  hazırladıqları videoslaydları və referatları təqdim etdilər. Sonda çıxış edən məktəbin direktoru Q.A.Qələndərov təqdimat iştirakçılarına minnətdarlığını bildirdi və qeyd etdi ki, YUNİSEF ilə yaxından əməkdaşlıq edən Azərbaycan uşaqlarla bağlı təhsil, səhiyyə və digər sosial məsələlər sahəsində (əlil uşaqlar, küçə uşaqları, uşaqlara qarşı zorakılıq, yeniyetmələr arasında münaqişələr və s) daima layihələr həyata keçirir, arzuolunmaz halların yaranma səbəbləri müəyyənləşdirilir, təhlillər aparılır. Azərbaycan Hökuməti həmçinin uşaq hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və regional səviyyələrdə göstərilən təşəbbüslərdə də fəal iştirak edir, uşaqlara “Yararlı Dünya” Bəyannaməsi üzrə mövcud problemlərin həlli istiqamətində böyük işlər görür. İngilis dilində aparılan  “Yeniyetmələr arasında münaqişələr və uşaq hüquqları” na həsr edilmiş belə təqdimat bu günümüz üçün aktualdır və vacibdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi