"QOBUSTAN DÖVLƏT TARİXİ-BƏDİİ QORUĞU"NA EKSKURSİYA

12 noyabr 2017-ci il tarıxdə 8D sinif  şagirdləri “Qobustan Dövlət Tarixi - Bədii Qoruğu”na ekskursiya etdilər. Məktəbin tarix müəllimi Vələddin Hüseynovun təşkilatçılığı ilə həyata keçirilmiş ekskursiyada şagirdlər tarix və coğrafiya sahəsindəki biliklərini artırdılar, həmin ərazinin iqlimi, relyefi, torpaq və bitki örtüyü haqqında ətraflı məlumat aldılar. Muzeydə qədim tariximizə aid qayaüstü rəsmlər, qədim məzarlıqlar, ov alətləri, məişət əşyaları, qədim heyvanların eksponatları şagirdlərin böyük marağına səbəb oldu. Ekskursiya xoş təəssüratlarla yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi