9 NOYABR BAYRAQ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

8 noyabr 2017-ci il tarıxdə məktəbin ibtidai sinif müəllimi S.Məmmədovanın təşkilatçılığı ilə bayraq gününə həsr olunmuş “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə məktəbin rəhbərliyi,valideynlər,müəllimlər və şagirdlər iştirak etdi. Əvvəlcə iştirakçıların ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndi,daha sonra sağirdlər bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verildi, bayraq, vətənpərvərlik mövzusunda şeir söylənildi,mahnılar ifa edildi. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Q.A.Qələndərov Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminliyini qeyd edərək tezliklə Azərbaycan bayrağının Qarabağda, o cümlədən Şuşada, Xankəndində dalğalacağını bildirdi. Tədbirlər planına uyğun olaraq müxtəlif səpgidə müsabiqələr keçirildi ,məktəbin foyesində rəsm sərgisi,əl işləri nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi