Vətənin qəhrəman oğulları ilə onlayn görüş keçirilmişdir

13 yanvar 2021-ci il tarixdə hərbidən tərxis olunmuş, əsgəri xidmətlərini layiqincə yerinə yetirmiş vətən oğulları ilə 4 d sinif şagirdlərinin onlayn  görüşü keçirilmişdir. Görüşdə məktəbin rəhbərliyi, müəllimlər və valideynlər iştirak etmişdir. Zəngilan, Füzuli və Cəbrayıl bölgələrinin mənfur düşməndən azad olunmasında yaxından iştİrak edən əsgərlər keçdikləri şərəfli döyüş yolundan məlumat  verdilər, şagirdlərin çoxsaylı suallarını cavablandırdılar. Sonda çıxış edən məktəbin direktoru Tural Mirzəliyev Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa dilədi və bildirdi ki, bütün xalqımızın, o cümlədən Həzi Aslanov adına 175 nömrəli tam orta məktəbin kollektivi tarixi zəfərimizin qazanılması uğrunda şərəfli döyüş yolu keçən, qələbəyə öz töhfələrini verən bütün qəhrəman vətən övladları ilə fəxr edir, onlara öz təşəkkürünü və xoş arzularını çatdırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi