"Nəsimi İrsi"

    Azərbaycanın söz sənəti və tarixində yüz illər boyu yaşayan Nəsimi irsi barədə məktəbliləri məlumatlandırmaq, yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikir tarixinə olan marağını artırmaq məqsədilə ümumi təhsil müəssisələrində " Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi" adlı şeir müsabiqəsinə start verilib. Bu məqsədlə məktəbimizin kitabxanasında  da kitabxana xətti ilə tədbir keçirildi. VII-XI sinif şagirdləri arasında bədii qiraət müsabiqəsi oldu. İ.Nəsimi irsindən müxtəlif qəzəllər səsləndi.  Müsabiqə 3 mərhələdə keçirilir. İlk mərhələdən 5 şagird növbəti mərhələdə iştirak hüququ qazandı. Qalib şagird finalda rayon mərhələsində məktəbi təmsil edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi