Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya

      AMEA-nın M.N.Tusi adına Astrofizika Rəsədxanası ilə məktəb Kiçik Akademiyanın  qarşılıqlı əməkdaşlığının nəticəsi olaraq Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya etdik. Astrofizika Rəsədxanasının gənc alimləri Kiçik Akademiya üzvlərini rəsədxananın muzeyi ilə tanış etdilər. Rəsədxananın fəaliyyəti, teleskoplar, səma cisimləri haqda ətraflı məlumat verdilər. Şagirdlərimiz gecə teleskopla Ayı, Yupiter və Saturn planetlərini müşahidə etdilər. Dəmirçi Arxeologiya muzeyində oldular. 

       M.N.Tusi adına Şamaxı Astrofizika  Rəsədxanasının direktoru Namiq Cəlilova məktəbimiz adından təşəkkür edirik.  İki gün ərzində Kiçik Akademiya üzvləri olduqca maraqlı və yadda qalan gün yaşadılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi