Kiçik Akademiyanın İllik Hesabatı

Məktəbdə  Kiçik Akademiyanın illik hesabatı keçirildi. Yığıncaqda  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən şöbə müdiri İbrahim Müseyibov , AMEA-nın Tarix İnstitutundan tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova,  AMEA-nın coğrafiya İnstitutundan coğrafiya  üzrə fəlsəfə doktoru Samirə Ələkbərova, doktorant Fəridə Talıbova, AMEA-nın Astrofizika İnstitutundan  dosent  Mirnamiq Bəşirov qonaq qismində iştirak etdilər. Kiçik Akademiyanın rəhbəri Gülsarə İmanova  Akademiyanın fəaliyyətindən danışdı. Şagirdlərin təqdimatları dinlənildi. Ekspert qismində iştirak edən AMEA əməkdaşları təqdimatlar haqqında rəylərini bildirdi və Kiçik Akademiya üzvlərinə Azərbaycan Respublikasının  Milli Atlasını və kitablar hədiyyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi