Dilimiz - Mənliyimiz

“Ey türk oğulları!  Bir ovuc torpağınızı dünyanın var-dövlətinə, dilinizin bir sözünü ləl-cəvahirata dəyişməyin! Onları qoruyun və sonrakı nəsillərə çatdırın! Atalar bizə 3 əmanət qoyub; Dilimiz, Vətənimiz, Qeyrətimiz. Bunları unutmayın!”

Tariximizdə ilk dəfə  Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmış Şah İsmayıl Xətaidən bizə miras qalıb doğma Ana dilimiz.

Babalardan yadigar gülşənimdir, gülümdür.

Anamın saf südüylə düz qanıma yeriyən,

Bülbülü də mat qoyan doğma Ana dilimdir.

Bu notlarla davam edən “Dilimiz - Mənliyimiz” adlı tədbirdə şagirdlər M.Kaşğarlı, Ş.İ.Xətai, M.P.Vaqif, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Hüseynzadə, B.Vahabzadə kimi dilimizin inkişafında, milliliyimizin  qorunmasında mühüm rolu olan klassiklərimizi canlandırdılar. Səhnəciklər göstərdi, şeirlər söylədilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi