Heydər Əliyev Mərkəzinə ekskursiya

Fevralın 19-da   məktəbin nümunəvi  şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olundu.  Şagirdlərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verildi. Qeyd olundu ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, Azərbaycançılıq ideologiyasının, Ulu Öndərin zəngin siyasi irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlmişdir. Mərkəzdə şagirdlər Ulu Öndərin  həyat və fəaliyyətini əks etdirən rəngarang  eksponatlarla tanış oldular.  Eyni zamanda sərgidə Azərbaycanın tarix və mədəniyyətinə, tükənməz təbii sərvətlərinə, mədəni irsinə aid nadir nümunələrlə tanış oldular. Şagirdlərin Heydər Əliyev Mərkəzinə ekskursiyası onlarda unudulmaz təəssürat yaratdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi