Alimlərin alimi

Fevralın 16-da adı elm aləmində qürurla çəkilən görkəmli filosof, astronom, riyaziyyatçı, tarixçi, iqtisadçı və hüquq elmləri bilicisi kimi tanınan Məhəmməd ibn Həsən  Nəsrəddin Tusinin doğum günüdür. Əsrlər ötsə də, Nəsrəddin Tusinin yaradıcılığına maraq heç zaman azalmır. Son 100 ildə dünyada həyatı və yaradıcılığı onun qədər araşdırılan ikinci bir dahi tapmaq çətindir. Nəsrəddin Tusi öz dövrü üçün elmin ən yüksək zirvəsi hesab edilən marağa rəsədxanasını inşa etdirərək, orada göy cisimlərinin öyrənilməsi sahəsi üzrə böyük bir məktəbin əsasını qoymuşdur. Hələ sağlığında “Alimlərin alimi” kimi cağırılan bu böyük insan 1274-cü ildə  vəfat etmişdir və məzarın baş daşı  üzərində ərəb  əlifbası ilə  gözəl bir xətlə bu sözlər yazılıb: “Dinin və xalqın dayağı, elm dünyasının şahı. Analar belə bir oğul bir daha doğmadı”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi