“Uşaqların gələcəyinə sərmayə”

  12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi davam edir. Bakı Ekspo Mərkəzində  “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgiyə 12 ölkədən 130-dan artıq iştirakçı qatılıb. Sərgidə Azərbaycanın tanınmış universitetləri və  digər təhsil müəssisələri birləşmiş stenddə iştirak edirlər. Sərginin “Xaricdə təhsil” sektorunda Gürcüstan, Latviya, Litva, Türkiyə və digər ölkələrin təmsilçiləri ümumi təhsil, orta ixtisas və ali təhsil müəssisələrinin imkanlarını təqdim edirlər. Beynəlxalq sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media-təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.

     Bu gün məktəbimizin direktoru Sitarə xanim,  bir sıra müəllim və şagird kollektivi də sərgidə iştirak etdi. Şagirdlərimiz stendlər qarşısında aktiv iştirak etdilər və gələcəkdə seçəcəkləri universitet və  ixtisaslar haqqında geniş məlumat topladılar.  Sərgi  çox maraqlı və yüksək səviyyədə təşkil olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi