Yasamal rayonunda gənclərin ordu sıralarına yolasalınma mərasimi

    Yasamal rayonunda gənclərin ordu sıralarına yolasalınma mərasimi məktəbimizdə keçirildi. Məktəbin geniş, yaraşıqlı həyəti mərasim iştirakçılarının ixtiyarına verildi. Şagirdlər sıra ilə düzlənərək üçrəngli Azərbaycan bayrağını qürurla dalğalandırır, milli musiqimiz insanlarda xoş ovqat yaradır, sabahın əsgərlərini yola salan ata-analar qürur hissi keçirir, bu coşqunu, bu təntənəni telefonların yaddaşına köçürür, bir sözlə, həyatın ən gözəl anlarını yaşayırdılar. “And içirik” tədbirini məktəbin direktoru Sitarə Abbasova açaraq ordumuzun qüdrətindən, şanlı Aprel döyüşlərinin qəhrəmanlarından və Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğundakı fəaliyyətindən danışdı. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yasamal rayon idarəsinin rəisi polkovnik Polad İbrahimov, Qarabağ müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyi Yasamal təşkilatının sədri Bəhrəm Şeydayev, YAP Yasamal Qadınlar Şurasının sədri Tamella Şahbazova, şəhid atası İlham Hacıağayev iştirak edirdilər.Gənclərin ordu sıralarına yolasalınma mərasimində şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi, şeir və mahnılar səsləndirildi. Tədbirin sonunda hərbi xidmətə yola düşən gənclər üçrəngli Azərbaycan bayrağının altından keçdilər və xatirə şəkilləri çəkdirdilər.  Tədbir Respublika qəzetində işıqlandırıldı.            

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi