Şəhidlik-əbədi bir həyat deməkdir

 

1990–cı il 20 Yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu qanlı və şanlı tarixi xalqımız heç vaxt unutmayacaq. 

 İyirmi səkkiz il ötməsinə baxmayaraq, bu günün dəhşətini, həyəcanını, acı fəryadını xalqımız ilk günkü kimi səfərbər olub yad edir. Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsinin əhəmiyyətini nəzərə alaraq keçirdiyi hər görüşdə bu hadisənin tarixi dərslərindən bəhs edir və deyirdi  “ ... Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır”. 

Deyilənləri bugünkü nəslə aşılamaq məqsədilə keçirilən silsilə tədbirlər bu gün bir daha məktəblilərin Şəhidlər Xiyabanına ziyarəti və “Şəhidlik-əbədi bir həyat deməkdir” adlı ədəbi-bədii kompozisiya ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi