Böyük qələbənin başlanğıcı günü

27 sentyabr - Anım Günü!

27 sentyabr tarixə "44 günlük müharibə" adı ilə yazıldı. Düz bir il əvvəl şanlı Azərbaycan ordusu öz əzəli torpaqları uğrunda mübarizəyə başlamış və 44 gün ərzində dünyaya öz gücünü göstərərək, zəfər qazanmışdır.

Bu günü biz də məktəbimizdə qeyd etdik. İbtidai sinif müəllimləri öz siniflərində Anım Günü ilə bağlı tədbirlər keçirtdilər. Şagirdlər Vətənə aid şeirlər səsləndirdilər, mahnılar oxudular, Vətən müharibəsi haqqında məlumatlar verdilər. Məktəbimizin həyətində ibtidai sinif şagirdləri şəhidlərimizin adına ağac əkdilər.

Saat 12:00 da isə bir dəqiqəlik sükutla bütün məktəb kollektivi şəhidlərimizi yad etdi.

Şəhidlərimizin ruhlari qarşısında baş əyirik!

Qarabağ Azerbaycandir! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi