9 Noyabr Bayraq Günü ilə əlaqədar olaraq tədbir keçirildi

    Bayraq mənliyimdir, bayraq kimliyim, 
    Bayraq - öz yurduma öz hakimliyim.

    Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.

    Bayrağımız qürur mənbəyimizdir, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur. Bu məsuliyyət dövləti, milli maraqların daim keşiyində dayanmağın ictimai-siyasi əxlaqına yüksəlir. 

    07 noyabr 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin boyük akt zalında ibtidai sinif şagirdlərinin iştirakı ilə  “Bayraq günü”nə həsr olunmuş tədbir keçirildi. Şagirdlərə videoçarx nümayış olundu. Daha sonra şagirdlərin ifasında şeirlər səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi