Metodbirləşmə sədrləri ilə iclas keçirildi
06.11.2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə metodbirləşmə rəhbərlərinin iclası oldu. Müəllimlərin metodik ehtiyaclarının öyrənilməsi üçün təşkil edilmiş bu iclasda diaqnostik qiymətləndirmənin aparılması formaları, formativ qiymətləndirmənin şagird gündəliyində qeyd edilmə qaydası, KSQ-lərin tərtib edilmə formaları, qiymətləndirmə meyarları üzrə rübriklərin hazırlanması və s. kimi məsələlər müzakirə edildi. TTİ üzrə direktor müavini Sima Əhmədova müəllimləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28 dekabr 2018-ci il tarixli 8/1 №-li qərarı ilə bir daha tanış edərək bildirmişdir ki, qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nın tələbləri nəzərə alınmaqla hazırlanmalıdır. Metodbirləşmə iclası müzakirələrlə başa çatmışdır.