9-cu siniflərdə böyük summativ qiymətləndirmə keçirildi
10 iyun 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə böyük summativ qiymətləndirilmə keçirildi. 9 – cu siniflərdə böyük summativ qiymətləndirmə aparıldı. Qiymətləndirmə tapşırıqları fənn müəllimləri tərəfindən tədris proqramına uyğun, mövcud qaydalara əsasında hazırlanmışdı. Şagirdlər onlara verilmiş tapşırıqları ayrılmış vaxt ərzində cavablandırmağa çalışdılar. Nəticələr qısa vaxt ərzində yoxlanılacaq, şagirdlərə və valideynlərə məlumat veriləcək, metodbirləşmə iclasında və Pedaqoji Şuranın növbəti iclasında təhlil ediləcək, müzakirələr aparılacaq.