“Ağbəniz və Yeddi Cirtdan” nağılı ingilis dilində səhnələşdirilmişdir

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə  “Ağbəniz və Yeddi Cirtdan” nağılı ingilis dilində səhnələşdirilmişdir. Tamaşada 5-ci sinif şagirdləri rol almışdır.  Ağbəniz və Yeddi Cırtdan, ilk dəfə 1812-ci ildə Alman Grimm Qardaşlar tərəfindən nəşr edilmiş bir xalq nağılıdır.

Tamaşanın qısa məzmunu belədir.   Pis qəlbli ve qısqanç ögey anası tərəfındən ondan daha gözəl olduğu üçün  öldürülmek səbəbiylə  meşəyə göndərilən və meşədə cırtdanlarla bərabər yaşamağa başlayan bir şəhzadənin sərgüzəştlərindən danışılır.  

Ağbənizin anası  öləndə atası (kral) yenidən evlənir ancaq ögey ana (yeni kraliça) Agbənizə  pis davranır.  Ağbənizin  özündən daha gözəl olduğunu düşünən kraliça ovçulardan birinə gənc qızı öldürməsini əmr edir. Ovçu Ağbənizi öldürmür və meşədə sərbəst buraxır. Ağbəniz meşədə bir cücə ailəsiylə yaşayır. Bir müddət sonra Ağbənizin ölmədiyini bilən  ögey ana zəhərli alma hazırlayar və meşəyə yola düşər. Ağbəniz almanı yedikdən sonra  ögey ana  onun öldüyünü zənn edər. Bir gün meşəyə şəhzadənin yolu düşər və Ağbənizə aşiq olar. Ağbəniz oyanar və şəhzadəylə evlənər. Ağbənizin yaşadığını öyrənən ögey ana yaşadığını gözləriylə görmək istəyər. Şəhzəninin qalasına gələr, və şəhzadə gözətçisinə onu zindana atmağını əmr edər. Şəhzadə və ağbəniz ömürlərinin sonuna qədər xoşbəxt yaşayarlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi