Nilufərin əziz dostu “kitab''
Tədris vahidinə uyğun olaraq 2 -ci siniflərdə "Əziz dost" mövzusunda inşa yazdırılmışdır. Əsas ideyası kitabın ən yaxşı sirdaş olmasını, biliklərin açarının kitabda olmasını, kitab oxumağa vərdiş etməsini uşaqlara aşılamaq olmuşdur. Darıxanda oyun oynamaqla vaxtını öldürməklə yox, kitab oxumaqla vaxtlarını səmərəli keçirməyin daha önəmli olmasını uşaqlara təlqin etmək tövsiyə olunurdu. 2 b sinif şagirdi Abbasova Nilufərin yazdığı inşa çox maraqlı olmuşdur. O inşanı oxuyanda ikinci sinif şagirdinin kitab haqqında düşüncələri adamı heyrətləndirir. Kitaba nə qədər böyük sevginin olmasını elə gözəl ifadə etmişdir ki... Sanki 8 yaşlı şagird yox, böyük yaşlı, sözün həqiqi mənasında BÖYÜK bir adam yazmışdır.