“Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində iclası keçirildi
8 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmrdə 20-31 may 2019-cu il tarixlərdə BŞTİ-yə tabe bütün ümumtəhsil məktəblərində “Valideynin məktəbdə bir günü” layihəsinin növbəti mərhələsinin keçirilməsi qeyd olunur. Bu məqsədlə 31 may 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsdinə məktəbin 11c sinifinidə valideyn iclası keçirildi. Sinif rəhbəri Xatirə Zeynalova bu günə kimi məktəbdə görülmüş işlər barədə məlumat verdi. Şagirdlərin dərsə davamiyyəti, dərslərə hazırlıq səviyyələri haqqında valideynləri məlumatlandırdı. Keçirilmiş kiçik summativ qiymətləndirmənin nəticələrini valideynlərə çatdırdı. Keçiriləcək böyük summativ qiymətləndirməyə ciddi hazırlaşmağı tövsiyyə etdi. İclasda şagirdlərin buraxılış və qəbul imtahnalarının nəticələri müzakirə olundu. Valideynləri maraqlandıran suallara ətraflı cavab verdi. Qarşılıqlı fikir mübadiləsi olundu, müzakirələr aparıldı. Sonra valideynlər məktdəbə yaradılmış şəraitlə tanış oldular. Sinif otaqları, fənn kabinetləri, kompüter otaqları, laboratoriyalarla tanış oldular. Valideynlər məktəbdəki şəraitdən razı qaldıqlarını bildirdilər.