“Şəhadət” filminin nümayişi oldu

Oktyabrın 24-də Xətai Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Xətai rayonu 5 nömrəli Bakı Peşə Liseyində Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub. Tədbirdə Xətai RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev və Fidan Aslanova, Xətai rayon Gənclər və İdman İdarəsinin müdiri Əfqan Rzayev, ziyalılar və ağsaqqallar, aprel şəhidlərinin ailə üzvləri, ictimaiyyət nümayəndələri, məktəb müəllimləri və şagirdlər iştirak ediblər. Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbin təşkilatçı müavini və şagirdləri də həmin filmin nümayışındə iştirak ediblər. Filmin nümayışı , aprel Şəhidlərinin ailə üzvlərinin, Xətai rayon “Rayon Ağsaqqallar Şurası”nın sədri Qurban Əlizadənin çıxışları şagirdlər tərəfindən müsbət qarşılandı. Onlar qeyd etdilər ki, belə filmlərin nümayişi, müzakirəsi şagirdlərdə vətənpərvərlik hissinin aşılanmasında böyük rol oynayır.