"Pedaqoji şura"

Yanvarın 31-də I yarımilin yekunları ilə bağlı məktəbdə pedaqoji şüra yığıncağı keçirildi. İlin yekunları və qarşıda duran vəzifələr haqqında məktəbin direktoru Fuad Mirzəyev çıxış etdi. TN tərəfindən keçirilmiş V siniflərin oktyabr monitorinqinin təhlilini apararaq zəif nəticə göstərmiş şagirdlərlə müntəzəm iş aparılmasını fənn müəllimlərinə tapşırdı. IX siniflərin yarımil ərzində keçirilmiş monitorinqləri, rəhbərlik tərəfindən keçirilmiş BSQ-lərin nəticələri kollektivə çatdırıldı.
Direktor müavini Ülviyyə Aslanova 2018-2019 və 2019-2020-ci tədris illərində təhsil almış IV və V sinif şagirdlərinin rəhbərlik tərəfindən keçirilmiş monitorinq və BSQ-ləri qarşılıqlı təhlil edərək qazanılmış və itirilmiş nəticələri ibtidai sinif və V sinifdə dərs deyən fənn müəllimlərinin nəzərlərinə çatdıraraq təhlil etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi