,,SUN TEA” AZƏRBAYCAN ÇAY PAKETLƏMƏ FABRİKİNƏ EKSKURSİYA TƏŞKİL EDİLDİ

Aprelin 16-da məktəbin 7,,E”, 7,,F”, 8,,E”, 9,,F” sinif şagirdləri biologiya müəllimi Sudabə Əfəndiyevanın rəhbərliyi ilə "Azersun Holding" MMC-nin tərkibində fəaliyyət göstərən “Sun Tea” Azərbaycani çay paketləmə fabrikinə ekskursiya təşkil etmişlər. Məktəblilər EKO layihəsi çərçivəsində 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən xidmətə açılmış “Sun Tea” Azərbaycan çay paketləmə fabrikində illik ortalama 9 min ton istehsal gücünə malik, paket çay, yaşıl çay, meyvəli çayların istehsalı ilə tanınan və bölgənin qabaqcıl özəl şirkəti ilə tanış olmuşlar. “Sun Tea” Azərbaycan çay paketləmə fabriki, təchiz olunmuş avadanlıq gücü və paylama sistemi ilə bölgənin dörd bir tərəfinə və Rusiya başda olmaqla Qafqaz, Orta Asya və bütün MDB ölkələrinə ixrac edir. Hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən fabrikdə bu gün müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmışdır. Şagirdlər ekskursiya zamanı fabrikdə yaradılmış bu şəraitlə tanış oldular və onları maraqlandıran suallara müəssisənin texnoloqu tərəfindən ətraflı məlumat aldılar. Məktəblilər bu ekskursiyadan xoş xatirələrlə ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi