MƏKTƏB ŞAGİRDLƏRİ ,,DƏYƏRLƏRİMİZ-SƏRVƏTİMİZ, GƏLƏCƏYİMİZDİR” LAYİHƏSİNƏ HƏSR OLUNMUŞ MÜKAFATLANDIRMA MƏRASİMİNDƏ İŞTİRAK ETDİLƏR

               16 apreldə ,,Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi Ictimai Birliyi və ,,TİKATürk Əməkdaşlıq və Koordinasiya Agentliyinin təşkilatçılığı ilə ,,Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir” layihəsinin yekun mükafatlandırma mərasimi keçirilmişdir. Bu mərasimdə ,,Ən yaxşı heykayə” nominasiyasında VI,,D” sinif şagirdi  Mahmudzadə Elşən və ,,Ən yaxşı videoçarx” nominasiyasında VIII ,,E” sinif şagirdi İsmayılova Nərmin frəal iştiraklarına görə diplom və  hədiyyələrlə təltif edildilər. Tədbirdə Türkiyənin Azərbaycandakı  səfiri-Erkan Özoral, TN ümumi təhsil sektorunun müdiri Firudin Həmzəyev və BŞTİ –nin inkişaf layihələri sektorunun  rəhbəri Səkinə Ağalarova çıxış edərək layihənin  vacibliyi haqqında məlumat verdilər. Layhiənin əsas məqsədi məktəblilərin milli-mənəvi dəyərlərə,xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və nəsildən-nəsilə ötürdüyü ənənələrə sadiq, eyni zamanda hərtərəfli, düzgün inkişaf etmiş vətəndaş və əxlaqlı bir şəxsiyyət kimi yetişdirilməsində cəmiyyətə dəstək olmaqdır.  Tədbirin sonunda layihədə fəal iştiraklarına görə məktəb direktoru Nazilə Əliyeva və Tİ üzrə direktor müavini Tahir Həmzəyev diplom və qiymətli hədiyyələrlə təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi